“YAŞAT” şəhid anasının və iki qazinin əməliyyat xərclərini ödədi - FOTOLAR

 “YAŞAT” şəhid anasının və iki qazinin əməliyyat xərclərini ödədi -  FOTOLAR
  16 Fevral 2021    Oxunub:2491
"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Azvision.az xəbər verir ki, qazilərimiz Rahim Bəhrəmlinin və Nadir Məmmədovun, şəhidimiz Şəhriyar Əsgərovun anası Minayə Əsgərovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.











Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti