“Ötən il 10 min kubmetrə yaxın meşə ərazisi qırılıb” - Xidmət rəisi

“Ötən il 10 min kubmetrə yaxın meşə ərazisi qırılıb”  -  Xidmət rəisi
  16 Fevral 2021    Oxunub:2219
2017-ci ildə ölkədə 55 min kubmetr, 2018-ci ildə 28 min kubmetr, 2019-cu ildə 18 min kubmetr, 2020-ci ildə isə 10 min kubmetrə yaxın meşə qırılması baş verib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, son 4 ildə meşə qırılmalarının həcmi 45 min kubmetr və ya 5,5 dəfə azalıb.

“Bu, böyük göstəricidir. Bu sahədə müsbət dinamika var. Lakin sosial şəbəkələrdə bəzən qərəzli videolar, şəxsi ədavət üzərində olan məlumatlar yayılır. Bunlar isə bizim işimizə mane olur. Elektron informasiya platformalarında tamamilə mənbəyi bilinməyən məlumat verilir”, - deyə xidmət rəisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Meşə  





Xəbər lenti