Hindistanda ağır yol qəzası - 50 nəfər öldü

Hindistanda ağır yol qəzası -    50 nəfər öldü
  18 Fevral 2021    Oxunub:2186
Hindistanın Madhya Pradeş ştatında ağır yol qəzası baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun körpüdən aşaraq kanala düşməsi nəticəsində azı 50 nəfər ölüb.

Hadisə zamanı avtobusda 60 sərnişin olub. Onlardan 50-nin cəsədi aşkarlanıb, 7 nəfər xilas edilib, digərlərinin axtarışları aparılır.

Qəzanın baş vermə səbəbi açıqlanmayıb.

Azvision.az


Teqlər: Hindistan   Qəza  





Xəbər lenti