Ermənilərin tövləyə çevirdiyi 4 əsrlik məscid - FOTOREPORTAJ
Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilib. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa, burada ağac materialından istifadə olunmayıb. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.
İşğal dövründə ermənilər digər məscidlərimiz kimi Hacı Qiyasəddin məscidini də tövlə kimi istifadə edib, burada mal-qara, donuz saxlayıblar. Məscidin ətrafına, daxilinə yığılan ot bağlamaları və kəskin peyin qoxusu bunu bir daha təsdiqləyir.
Anar Kəlbiyev
Foto: Şahin Sərdrov
Azvision.az
Teqlər: Qarğabazar Kənd Məscid Füzuli