“Bu il turizmin bərpasında keçid ili olacaq” - Kənan Quluzadə

 “Bu il turizmin bərpasında keçid ili olacaq” -  Kənan Quluzadə
  19 Fevral 2021    Oxunub:1745
Daxili turizm Azərbaycan iqtisadiyyatının inkişafının prioritet istiqamətlərindən biri kimi seçilib. Bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən ortamüddətli strategiya hazırlanıb. Amma pandemiya bir çox planlarımızın həyata keçirilməsini hələ də problemli edir.
Bunu Azvision.az -a açıqlamasında Agentliyin mətbuat katibi Kənan Quluzadə deyib. O bildirib ki, 2021-ci il Azərbaycan turizminin bərpasında keçid ili olacaq.

"İndiki turizmi məhdud şəraitdə keçirilən turizm adlandırırlar. Bu il Azərbaycanda və dünya ölkələrində daha çox daxili turizm ili olacaq. Sərhədlərin açılması, gediş-gəlişin bərpası ilə bağlı gözləntilərimiz var. Bu gözləntilər ilin ikinci rübü  və ondan sonrakı dövrlə bağlıdır. Bu dövrdə həm Azərbaycan, həm də qlobal səviyyədə yumşalmalar gözlənilir. Lakin indidən getmə- gəlmə turizmi haqqında konkret danışmaq bir az qəliz məsələdir", - deyə qurum rəsmisi vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti