“Əlverişsiz hava şəraiti davam edəcək” - Umayra Tağıyeva

“Əlverişsiz hava şəraiti davam edəcək” -  Umayra Tağıyeva
  24 Fevral 2021    Oxunub:2509
Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması şəraitində hava şəraiti kəskin dəyişib. Respublikanın əksər rayonlarında demək olar ki qar yağıb.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında əmələ qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşır.

"Ən böyük qar örtüyünün hündürlüyü respublikanın böyük qafqaz dağlarının rayonlarında qeydə alınıb. Burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək, çovğunla müşayiət olunub. Küləyin maksimum sürəti 28 san/m, Bakıda və Abşeron yarımadasında 25-28 san/m-ə çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər inkişafına səbəb olub. Respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. 25-də səhər başlayaraq proses səngiyəcək yağıntılar kəsiləcək", - deyə U.Tağıyeva qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qar   Çovğun  





Xəbər lenti