ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə

ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə
  25 Fevral 2021    Oxunub:1983
“ASAN Könüllüləri” Təşkilatı tərəfindən İsveçin "Hestra" şirkətinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Kommisarlığı (BMT QAK) vasitəsi ilə Azərbaycana ianə etdiyi uşaqlar üçün qış əlcəklərinin paylanılmasına başlanılıb.
Əlcəklər Gəncə şəhərində, Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının müharibədən ən çox zərərçəkmiş ərazilərində yaşayan, o cümlədən aztəminatlı ailələrin uşaqlarına təqdim olunacaq. Humanitar yardım ümumilikdə 8000 uşağı əhatə edəcək.

Pandemiyanın təsirinə məruz qalmış və BMT QAK-ın himayəsində olan qaçqın və sığınacaq axtaran şəxslərə bundan öncə də ASAN könüllüləri tərəfindən 800 ədəd bağlamada ərzaq yardımı təqdim olunub.

Azvision.az


Teqlər: ASANkönüllüləri  





Xəbər lenti