Ermənistanın Seçki Məcəlləsi dəyişə bilər

  22 Mart 2021    Oxunub : 1498
   Ermənistanın Seçki Məcəlləsi dəyişə bilər
Ermənistan hökuməti erkən parlament seçkiləri öncəsi Seçki Məcəlləsinin dəyişdirilməsi ehtimalını nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan brifinq zamanı bəyan edib.

"Reytinqli seçki sistemi bizim ölkə üçün problemlidir. Proporsional seçki sistemi ölkəmiz üçün daha yaxşıdır. Bu mənada müzakirələr və məsləhətləşmələr davam edir", nazir bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədənkənar parlament seçkiləri iyunun 20-də baş tutacaq.

Azvision.az

Teqlər: Ermənistan   Seçki