Bakı Olimpiya Stadionu və Qız qalası qırmızı rənglə işıqlandırıldı
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkarlanmasını 100 illiyi münasibətilə həmin günü təsis ediblər.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1,5 milyon insan bu xəstəlikdən ölür. Ötən ilin əvvəllərində dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə bir qədər çətinləşib.
Azvision.az
Teqlər: BakıOlimpiyaStadionu Qızqalası