BDU-nun müəllimi vəfat etdi - FOTO

BDU-nun müəllimi vəfat etdi -    FOTO
  28 Mart 2021    Oxunub:2324
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.
Azvision.az xəbər verir ki, N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb.

1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!



Azvision.az


Teqlər: BDU  





Xəbər lenti