Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirildi - FOTO

   Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirildi -    FOTO
  02 Aprel 2021    Oxunub:4009
Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş edilib.
Azvision.az xəbər verir ki, “İsgəndər” raketlərinin qalıqları aprelin 2-də Bakıda “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunub.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb.

Azvision.az


Teqlər: İskəndər   Raket  





Xəbər lenti