Vətən müharibəsində düşmənə qan udduran Aprel qəhrəmanı - FOTO

Vətən müharibəsində düşmənə qan udduran Aprel qəhrəmanı -  FOTO
  02 Aprel 2021    Oxunub:2846
Azərbaycan Ordusunun qələbəsilə yekunlaşan Aprel döyüşlərindən 5 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərən zabitlərimizdən biri də Mirdamət Bağıyevdir.
Azvision.az -ın məlumatına görə, Aprel döyüşlərində şücaət göstərən M.Bağıyev Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.

O, 4 günlük döyüşlər zamanı düşmənin 7 tankını, şəxsi heyəti daşıyan 3 dolu hərbi maşınını, 1 hərbi texnikasını, bir minik avtomobilini məhv edib.



Mayor Mirdamət Bağıyev döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu heç kimə bildirməyib, yaralı vəziyyətdə döyüşü davam etdirib. Hərbi əməliyyatlar səngiyəndən bir neçə gün sonra güllə yarası onun səhhətində problem yaradıb. Komandirlərinin ciddi yaralandığını görən hərbçilər təkidlə onun hospitala göndərilməsi üçün müraciət ediblər.

M.Bağıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində də iştirak edib. 44 günlük döyüşlərdə düşmənə qarşı qəhrəmancasına vuruşan zabitimiz erməni ordusunun xeyli sayda texnikasını darmadağın edib.

O, Ali Baş Komandanın sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zabit   Mirdamət-Bağıyev  





Xəbər lenti