Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

  02 Aprel 2021    Oxunub : 1727
   Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Aprelin 2-də Azərbaycan Respublikasında 32 min 670 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 509, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 21 min 161 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 889 min 33-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 319 min 39 nəfərdir.



Azvision.az

Teqlər: Vaksin   Peyvənd