Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir

   Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir
  03 Aprel 2021    Oxunub:4963
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən Azvision.az -a verilən məlumata görə, hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır.

Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.

Azvision.az


Teqlər: Şuşa   Bərpa   Yenidənqurma  





Xəbər lenti