Türkiyədə gündəlik yoluxma sayı 45 minə çatır

   Türkiyədə gündəlik yoluxma sayı 45 minə çatır
  04 Aprel 2021    Oxunub:1668
Türkiyədə son sutka ərzində 186 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 44 min 756 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 445 min 52, pandemiya qurbanlarının sayı isə 32 min 78 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 82 min 676 pasiyent (son sutkada 23 214 nəfər) sağalaraq evə buraxılıb. Son günlər qardaş ölkədə virusa yoluxma sayında kəskin artım müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti