ABŞ-da silahlı insident olub: 1 ölü, 3 yaralı

ABŞ-da silahlı insident olub:  1 ölü, 3 yaralı
  05 Aprel 2021    Oxunub:2513
ABŞ-ın Alabama ştatının Birmengem şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, polisə atışma barədə məlumat daxil olub. İnsident yerli parkda iki kişi arasında dava ilə başlayıb. Hadisə zamanı parkda yüzlərlə insanın olduğu qeyd edilir.

Qəza nəticəsində bir qadın ölüb, daha üç qadın xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kritik olaraq qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti