BNA küləyə görə sərnişinlərə xəbərdarlıq etdi

 BNA küləyə görə sərnişinlərə xəbərdarlıq etdi
  06 Aprel 2021    Oxunub:1781
Bakı Nəqliyyat Agentliyi (BNA) güclü küləlkə bağlı sərnişinlərə müraciət edib.
Azvision.az xəbər verir ki, BNA hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb:

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etdəsiz".

Azvision.az


Teqlər: BNA   Külək   Sərnişin  





Xəbər lenti