Erməni generallar Müdafiə Nazirliyindən qaçdılar - VİDEO

  Erməni generallar Müdafiə Nazirliyindən qaçdılar -   VİDEO
  09 Aprel 2021    Oxunub:2812
Gecə saatlarında Ermənistan Müdafiə Nazirliyində gərgin anlar yaşanıb.
Azvision.az xəbər verir ki, itkin düşən hərbçilərin yaxınları nazirliyə basqın edərək binanın bütün giriş-çıxışlarını bağlayıblar. Bu səbəbdən nazirliyin işçiləri səhərə qədər binada təhlükə ilə üz-üzə qalıblar.

Ermənistan mediasının yaydığı məlumata görə, bütün gecə binanın önündə etiraz aksiyası təşkil edilib.

"Ölkənin təhlükəsizliyini təmin edən əsas qurumlardan olan Müdafiə Nazirliyində vəziyyət gərgindir. Binanın içərisində qalan işçilər bunkerə eniblər, hasarları aşmağı bacaran bir-iki nəfər isə qaçıb. Hətta bir neçə general binadan çıxaraq hasarlardan atlamaqla canını qurtarıb. General Albert Mardoyan da qaçanlar arasında olub. Binanı mühasirəyə alan itkin düşmüş hərbçilərin yaxınları hökumətin yalanlarından bezdiklərini və övladları haqqında dəqiq məlumatlar verilməsini tələb etdiklərini söyləyiblər. "Əsir" saxlanılan əsgərlərin qohumlarına da vədlər verilmişdi ki, guya Bakı yeni bir “hərbi əsir” qrupunu qaytaracaq. Valideynlər Erebuni hava limanına toplaşdıqda isə İrəvana boş bir təyyarənin enməsinin şahidi olublar. Bütün gecəni Müdafiə Nazirliyinin binasında çəkilişi qadağan edən çox sayda polis toplanıb",- erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub.



Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   General   Etiraz   Aksiya  





Xəbər lenti