“AstraZeneca”nın üstünlüyü nədən ibarətdir? - Həkimdən açıqlama
"Bu gün COVID-19 əleyhinə hazırlanmış peyvəndlərin hamısı üçüncü klinik araşdırma mərhələsini tamamlamış, insanlara tətbiq ounmasına icazə verilmiş, sertifikatlaşdırılmış peyvəndlərdir. Keyfiyyəti və təhlükəsizliyi baxımından nəsə demək mənasızdır. Çünki bunun rəsmi tətbiqinə icazə verilib.
Hazırda bütün peyvəndlər 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Üst yaş məhdudiyyəti yoxdur, 80 yaş üzərində insana da vurula bilər. Amma aşağı yaş qrupu 18-dir. Biz hələ gənclərin vaksinasiya mərhələsinə gəlib çatmamışıq. İndiyədək peyvəndin hər hansı əks-göstərişi yoxdur. Ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir".
F.Sədirov qeyd edib ki, yoluxma sürəti yüksək olan belə pandemiyalarda əhalinin vaksinasiyası 70 faizi keçməlidir.
“Bununla yoluxma zəncirini qıra bilərik. Minimum hədəf 50 faizdir. 70 faizdən az vaksinasiya yoluxmanın sayını azalda bilər, amma tamamilə kökünü kəsə bilməz. Ona görə ilk hədəf vaksinasiya olunanların sayının 70 faizi keçməsidir. Yoluxdurma gücü yüksək olan virusda nə qədər çox insan vaksinasiya olunsa, bir o qədər yaxşıdır".
Azvision.az
Teqlər: Koronavirus AstraZeneca