Türkiyə səfirliyində uşaq bayramı qeyd edilib - FOTO

  23 Aprel 2021    Oxunub : 1586
Türkiyə səfirliyində uşaq bayramı qeyd edilib -  FOTO
Türkiyənin Azərbaycandakı səfirliyində 23 aprel Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Böyük Millət Məclisinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Azvision.az bu barədə səfirliyin “Facebook” səhifəsinə istinadla xəbər verir.

Səfir Cahit Bağcının çıxışından sonra Bakı Türk İbtidai məktəbinin şagirdləri günün mənası və əhəmiyyəti barədə şeirlər səsləndiriblər.

Mərasimdən sonra səfir Cahit Bağcı yerini uşaqlara təhvil verib.




Pərvanə Sultanova
Azvision.az

Teqlər: UşaqBayramı