Azərbaycanda 3 general təqaüdə göndərildi

   Azərbaycanda 3 general təqaüdə göndərildi
  25 Aprel 2021    Oxunub:3542
Azərbaycan Ordusunun üç generalı vəzifəsindən azad olunub.
Azvision.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Azvision.az


Teqlər: General   Müdafiə-Nazirliyi  





Xəbər lenti