Hava şəraiti qeyri-sabit keçəcək - Xəbərdarlıq

   Hava şəraiti qeyri-sabit keçəcək -    Xəbərdarlıq
  28 Aprel 2021    Oxunub:2601
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da yayıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 29-u axşam qərb rayonlarından başalayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayr-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Azvision.az


Teqlər: Hava   ETSN   Külək  





Xəbər lenti