Ərdoğan yeni hərbi müəssisənin açılışını etdi - VİDEO

Ərdoğan yeni hərbi müəssisənin açılışını etdi -    VİDEO
  30 Aprel 2021    Oxunub:2577
Dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir. Artıq təyyarə bombalarımız, döyüş sursatlarımız, raketlərimiz və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Makina və Kimya Sənayesi İstehsalat Birliyinin (MMEK) Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılışında deyib.

Ərdoğan son illər Türkiyədə istehsal sahəsində böyük uğurlar qazanıldığını söyləyib. O bildirib ki, açılışı olan müəssisə sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Eyni zamanda xaricdən gətirilən modul barıt sistemi bundan sonra tamamilə yerli vasitələrlə istehsal ediləcək.



Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti