“Müharibənin nəticəsi aydın idisə, niyə 44 gün “qələbə çalacağıq” deyə qışqırdınız?” - Şarmazanov

 “Müharibənin nəticəsi aydın idisə, niyə 44 gün “qələbə çalacağıq” deyə qışqırdınız?” -  Şarmazanov
  30 Aprel 2021    Oxunub:2126
Əgər müharibənin nəticələri kapitulyatorlara oktyabrın əvvəlində bəlli idisə, o zaman niyə 44 gün qələbə çalacağıq deyə qışqırdınız?
Azvision.az xəbər verir ki, bunu Ermənistan Respublika partiyasının mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanov deyib.

Qarabağ separatçılarına rəhbərlik edən Araik Arutyunyanın müharibənin nəticələrinin hələ oktyabrın əvvəlində məlum olmasına dair açıqlamasına münasibət bildirən Şarmazanov əlavə edib: “Sizin üçün daha vacib olan nə idi - siyasi qüvvələrin reaksiyası, yoxsa övladlarımızın həyatı?”.

Şarmazanov vurğulayıb ki, oktyabrın 12-də Nikol Paşinyana müharibəni dayandırmaq istəyi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək təklifini irəli sürüb.

Bundan əvvəl, Arutyunyan şəxsən onun üçün müharibənin nəticələrinin 2020-ci ilin oktyabr ayının əvvəllərində məlum olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı vahid fikrə gələ bilmədiklərini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EduardŞarmazanov  





Xəbər lenti