Bakıda yanğın: 20 nəfər təxliyə edildi

 Bakıda yanğın:  20 nəfər təxliyə edildi
  01 May 2021    Oxunub:3276
Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti