Rusiya Qara dənizdə Fransa təyyarələrini nəzarətə götürdü

Rusiya Qara dənizdə Fransa təyyarələrini nəzarətə götürdü
  12 May 2021    Oxunub:2389
Rusiyanın Su-27 qırıcıları Qara dənizdə Fransa Hava Qüvvələrinə məxsus 3 təyyarəni - iki "Mirage-2000" və bir ədəd "S-135"-i nəzarətə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Rusiya sərhədinin pozulmasının qarşısını almaq üçün Su-27 qırıcısı havaya qaldırılıb. Rusiya qırıcısı onları Qara dəniz üzərində müşayiət edib.

Azvision.az


Teqlər:





Xəbər lenti