Prezident Şuşada Xüsusi nümayəndəliyin binasında olub - VİDEO

  Prezident Şuşada Xüsusi nümayəndəliyin binasında olub -  VİDEO
  13 May 2021    Oxunub:3798
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.

Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Şuşa  





Xəbər lenti