Zərif Bakıya niyə gəlir? - Bu mövzular müzakirə ediləcək

  Zərif Bakıya niyə gəlir?  - Bu mövzular müzakirə ediləcək
  24 May 2021    Oxunub:1216
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfəri çərçivəsində Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcək.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq İranın Bakıdakı səfirliyindən məlumat verilib.

“İran və Azərbaycan rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək Məhəmməd Cavad Zərif Bakıda yüksək vəzifəli şəxslərlə görüşəcək. Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları, ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır", - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Zərif sabah Azərbaycana gələcək. O, həmçinin Ermənistana da səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zərif   İran   Səfər  





Xəbər lenti