Zərifin Azərbaycana səfəri başlayıb

   Zərifin Azərbaycana səfəri başlayıb
  24 May 2021    Oxunub:1014
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları, ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.

Azvision.az


Teqlər: İran   Zərif  





Xəbər lenti