Qapalı bazarlarda maska taxmaq məcburidir

   Qapalı bazarlarda maska taxmaq məcburidir
  26 May 2021    Oxunub:1253
Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Belə ki, bu tələb 31 may saat 06:00-dək ümumiyyətlə bazarlara aid edilirdi, həmin tarixdən isə yalnız qapalı bazarlara aid ediləcək.

Azvision.az


Teqlər: Bazar   Maska  





Xəbər lenti