Erməni jurnalist sərhəddəki təxribata görə İrəvanı günahlandırdı

Erməni jurnalist sərhəddəki təxribata görə İrəvanı günahlandırdı
  27 May 2021    Oxunub:992
Tanınmış erməni jurnalist Nairi Hoxikyan Azərbaycan ərazisində təxribat törədən hərbçilərin saxlanılmasından danışıb.
Azvision.az xəbər verir ki, Hoxikyan güclü tərəfin hər zaman problemi asan yolla həll etdiyini bildirib:

“Azərbaycan rəsmi olaraq bəyan edir ki, onun ərazisinə sızan erməni hərbçilərini saxlayıb. 25 gündür qışqırırıq ki, Sünik və Geqarkunikdə olan Azərbaycan əsgərləri həbs olunmalıdır. Hökumət bizə cavab verir ki, bu problemin həlli yolu deyil. Amma görün düşmən problemi necə həll edir", - deyə erməni jurnalist sərhəddəki insidentə görə Ermənistan hakimiyyətini ittiham edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Mövzu ilə bağlı oxşar xəbərlər:

Kəlbəcərdə təxribata əl atan 6 erməni hərbçisi saxlanıldı

Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı yeni məlumat yaydı

XİN erməni təxribatının detallarını açıqladı

“İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” - Şair Ramaldanov

Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI

Tural Tağıyev
Azvision.az


Teqlər: Sünik   Azərbaycan   Təxribat  





Xəbər lenti