BNA təkzib etdi: Hadisə bir il əvvəl olub

 BNA təkzib etdi:  Hadisə bir il əvvəl olub
  28 May 2021    Oxunub:634
Ötən gün bəzi informasiya saytlarında “Bakıda avtobus qəzası - Ölən var” başlıqlı yazı dərc edilib. Məlumat üçün bildiririk ki, məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu kimi xəbərlər insanlar arasında həyəcana səbəb olur.

"Bunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik.

Bu, eyni zamanda nəqliyyat sistemində tətbiq edilən yeniliklər zamanı məqsədli şəkildə əsassız və qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması baxımından da vacibdir.

Ümid edirik ki, KİV-nin təmsilçisi olan dostlarımıza çağırışımıza anlayışla yanaşacaq, məlumatlandırma və maarifləndirmə işinə daha faydalı dəstək olacaqlar".

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti