İsrail səfirindən Azərbaycana bayram hədiyyəsi - VİDEO

 İsrail səfirindən Azərbaycana bayram hədiyyəsi -  VİDEO
  28 May 2021    Oxunub:925
İsrailin Azərbaycandakı səfiri Corc Dik 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: “Ad günün mübarək, Odlar yurdu Azərbaycan. Bu gün sənin 103 yaşın tamam olur. Biz dost olduğumuz üçün mənim sənə hədiyyəm var. Bu, kaktusdur. Çünki İsrail kimi Azərbaycan da xaricdən sərt görünsə də, daxildən mülayim və mehribandır. Sənə azadlıq, müasirlik və birlik alovunun daim yanmasını arzu edirəm. Bir arzum daha var, dünyanın ən dadlı kababı, dolma, qutab, çay və mürəbbə ölkəsi olaraq qalasan".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: RespublikaGünü   İsrail   Səfir   Təbrik  





Xəbər lenti