“Ermənistanın sərhəd təxribatı vəziyyəti gərginləşdirməyə hesablanıb” - Rusiyalı politoloq

“Ermənistanın sərhəd təxribatı vəziyyəti gərginləşdirməyə hesablanıb” -  Rusiyalı politoloq
  29 May 2021    Oxunub:1580
Hazırda Ermənistan tərəfindən törədilən istənilən təxribat, ilk növbədə, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmanı pozmağa, vəziyyəti gərginləşdirməyə hesablanıb.
Bunu Azvision.az -a açıqlamasında rusiyalı politoloq, beynəlxalq konfliktlər üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

"Bir neçə gün əvvəl Azərbaycanla sərhəddə saxlanılan erməni diversantlarla bağlı məsələyə gəldikdə, təxribatın Qarabağ klanını dəstəkləyən qüvvələr və şəxsən Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan Robert Koçaryan tərəfindən törədildiyinə şübhə etmirəm", - deyə politoloq əlavə edib.

Yevgeni Mixaylov bildirib ki, Paşinyan indi çətin vəziyyətdədir. O, ölkənin imzaladığı sənədləri məntiqi nəticəyə çatdırmalı, Rusiya və Azərbaycan qarşısında bütün öhdəliklərini yerinə yetirməlidir.

"Siyasi rəqiblərindən ona qarşı artan təzyiqlərə baxmayaraq, Paşinyanı əhalinin Koçaryandan daha çox faizlə dəstəkləməsi qəribə deyil. Ölkədə vəziyyəti gərginləşdirmək üçün öz imkanlarından istifadə etməyə çalışan rəqibləri qıcıqlandıran da məhz budur. Hesab edirəm ki, Rusiya bölgədəki təhlükəsizliyin əsas qarantı kimi öz təsirindən cəmiyyətin dəstəkləmədiyi bu erməni ambisiyalarını sakitləşdirmək üçün istifadə edəcəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YevgeniMixaylov  





Xəbər lenti