Peyvənd olunanların sayı açıqlandı

   Peyvənd olunanların sayı açıqlandı
  29 May 2021    Oxunub:1353
Mayın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 889 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 8, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 4881 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 208 min 74-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 313 min 364, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 894 min 710 nəfərdir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti