7 aydan sonra metroda - FOTOREPORTAJ

 7 aydan sonra metroda -    FOTOREPORTAJ
  31 May 2021    Oxunub:5091
Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
Azvision.az xəbər verir ki, metroda sərnişin daşınması mayın 31-də saat 06:00-dan başlayaraq həyata keçirilir.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, metro stansiyalarında və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti yoxlanılılır. Seçmə qaydada aparılan yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmırlar.

Qeyd edək ki, 2020-ci il 19 oktyabr tarixindən metronun fəaliyyəti dayandırılmışdı. 7 aylıq fasilədən sonra Bakı metrosu yenidən sərnişinlərin istifadəsinə verilib.





































Foto: Anar Bayramlı
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti