Ağcabədidə evlərin həyətini su basıb - VİDEO

Ağcabədidə evlərin həyətini su basıb -  VİDEO
  01 İyun 2021    Oxunub:1142
Bir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağmış yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.



Azvision.az


Teqlər: FHN  





Xəbər lenti