“Türkiyə Gürcüstan üçün çox önəmli ölkədir” - Qaribaşvili

   “Türkiyə Gürcüstan üçün çox önəmli ölkədir” -    Qaribaşvili
  01 İyun 2021    Oxunub:928
“Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Türkiyə uzun illərdir Gürcüstanın əsas ticarət tərəfdaşıdır.

Bundan əlavə, İ.Qaribaşvili Türkiyə Prezidenti ilə görüşdə bölgədəki vəziyyətin nəzərdən keçirildiyini vurğulayıb. Baş nazir bildirib ki, bölgədə sülhə başqa alternativ yoxdur. O, həmçinin Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu deyib.

“Türkiyə bütün formatlarda Gürcüstanın mövqeyini və suverenliyini müdafiə edib. Eyni zamanda, rəsmi Ankara bizi NATO-ya üzvlük məsələsində də müdafiə edib. Bütün bunlara görə, Türkiyə dövlətinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı Türkiyə Prezidentini Tbilisiyə səfərə dəvət edib.

Azvision.az


Teqlər: Gürcüstan   Türkiyə   Qaribaşvili  





Xəbər lenti