Türkiyənin Baş prokuroru “ASAN xidmət”də - FOTO
Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Eyni zamanda görüş çərçivəsində müvafiq istiqamətlər üzrə Türkiyə tərəfi davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs edilib.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Azvision.az
Teqlər: ASAN-Xidmət