“Şəhid ailələrinin qayğısına qalmaq vəzifəmizdir” - Millət vəkili

“Şəhid ailələrinin qayğısına qalmaq vəzifəmizdir” -  Millət vəkili
  02 İyun 2021    Oxunub:1153
Milli Məclisin Sabirabad rayonundan seçilən deputatı Kamal Cəfərov İkinci Qarabağ Müharibəsi şəhidləri və onların ailələrinə dəstək sahəsində gördüyü işlər barədə hesabat verib.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin üzvü qeyd edib ki, deputat seçildiyi 63 saylı seçki dairəsində 14 şəhid ailəsi var.

Onun sözlərinə görə, hər ailə ilə bir neçə dəfə görüşüb, dəfələrlə telefon əlaqəsi yaradıb:

"Bir neçə şəhidimizin ad günü ilə bağlı anım mərasimində, ailə üzvlərinin iş yerlərinə getmişəm. Bunlarla yanaşı bütün proseslərin aktiv iştirakçısı olmuşam. Dairəmdə olan bütün şəhid ailələri 11 min manat sığorta pulu, Heydər Əliyev Fondu tərəfindən 10 min manat və 3 min manat (dəfn pulu) yardımı alıblar. Bütün şəhid ailələrinə ölüm kağızlarının alınması, aidiyyəti dövlət qurumlarla əlaqədə dəstək verilib. Qeyd etməliyəm ki, dairəmdəki bütün şəhid ailələri hazırda 500 azn təqaüdü alırlar. Hərbiçi olmuş 2 şəhidin ailəsi də 500 azn-dən əlavə 700-1000 azn arası şəhidimizin pensiya hüququ ilə bağlı yaranmış müavinəti də alırlar.

"YAŞAT" Fondunun dəstəyi ilə 6 şəhid ailəsinin 39 min manat kredit borcu bağlanıb, 3 şəhid ailəsinə məişət şəraitini yaxşılaşdırmaq üçün 16 min manat yardım edilib, 2 şəhid ailəsinə müalicə üçün 8 min manat yardım olunub. Bu istiqamət üzrə "YAŞAT" Fondu ilə səmərəli əməkdaşlığımız olub. Bu prosesdə göstərdiyi xüsusi çevik yanaşmaya görə Rəbiyyə xanıma təşəkkür edirəm. İki şəhid abidəsinin təmirinə və bir şəhidin məktəbdə guşəsinin yaradılmasına dəstək verilib. Bir şəhid ailəsi üzvünün məktəbdə işə qəbulu, 1 şəhid ailəsi üzvünün Sabirabadda Mexaniki Suvarma İdarəsinə işə qəbulu, 2 şəhid ailəsi üzvünün özünəməşğulluq proqramına cəlb edilməsi, 2 şəhid ailəsi üzvünün isə çalışdığı yerdə daha yaxşı işlə təmin olunmasına dəstək verilib. Bu proseslər bu gün də davam edir. Şəhid ailələrinin qayğısı bizim vəzifəmizdir", - deyə deputat qeyd edib.

Azvision.az


Teqlər: Kamal-Cəfərov   Sabirabad   Deputat  





Xəbər lenti