Moskvada kütləvi dava: 19 nəfər saxlanılıb - VİDEO

 Moskvada kütləvi dava:  19 nəfər saxlanılıb -  VİDEO
  06 İyun 2021    Oxunub:913
Moskva polisi paytaxtın şimalında baş verən kütləvi davanın 19 iştirakçısını saxlayıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident iyunun 5-də Dubninskaya küçəsində qeydə alınıb. İki qrupdan ibarət dəstə uşaq meydançasında üz-üzə gəlib. Onlar arasında mübahisə atışma ilə nəticələnib.

Polis hadisənin baş vermə səbəbini araşdırır. İnsidentin təfərrüatı hələlik məlum deyil.



Azvision.az



Teqlər: Rusiya   Moskva  





Xəbər lenti