Rustavidə güclü yanğın: 20 avtomobil külə döndü - VİDEO (YENİLƏNİB)

Rustavidə güclü yanğın: 20 avtomobil külə döndü -  VİDEO (YENİLƏNİB)
  06 İyun 2021    Oxunub:1638
Gürcüstanın Rustavi şəhərində avtomobil bazarında güclü yanğın baş verib.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində azı 20 avtomobil yanıb. Ölən və xəsarət alanlar yoxdur.

İlkin məlumata əsasən, yanğın qida obyektlərindən birində başlayıb, daha sonra yaxınlıqda dayanmış avtomobillərə keçib. Yanğınsöndürənlər alovun bütün bazar ərazisinə yayılmasının qarşısını alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Yanğın   Avtomobil  





Xəbər lenti