Şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərildi - FOTOLAR

Şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərildi -  FOTOLAR
  07 İyun 2021    Oxunub:1427
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilib.
Azvision.az xəbər verir ki, bu barədə Sabirabadın deputatı Kamal Cəfərov bildirib.

Onun sözlərinə görə, görüşdə 58 qazinin 62 müraciətinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

"Şəhid ailələri və qazilərimizin ərizə və şikayətləri nəzarətə götürülüb və icraata qəbul edilib. Şəhid ailələri və qazilərimiz üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən “Pro Bono” vəkil bürosunun rəhbəri Şahmar Məmmədova, o cümlədən Sabirabad rayonuna ezam edilmiş vəkillər Fuad Şirinov, Araz Həsənov, Faiq Dünyamalıyev, Pərviz Musayev və Mehman İsmayılova təşəkkür edirik", - deyə K.Cəfərov qeyd edib.















Azvision.az


Teqlər: Kamal-Cəfərov   Deputat   Sabirabad  





Xəbər lenti