Hazırda 63 qazi Türkiyədə müalicə alır

  08 İyun 2021    Oxunub :375
   Hazırda 63 qazi Türkiyədə müalicə alır
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Azvision.az xəbər verir ki, Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qazi   Türkiyə   Müalicə   YAŞAT   Fond