“Ordunu yenidən silahlandırmağa üç il lazımdır” - Ohanyan

“Ordunu yenidən silahlandırmağa üç il lazımdır”  -  Ohanyan
  08 İyun 2021    Oxunub:1041
Ermənistan ordusunun yenidən silahlandırılması üçün üç il vaxt lazımdır.
Azvision.az xəbər verir ki, bunu Ermənsitanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

"Aydındır ki, bu şəraitdə bir il ərzində təşkilati məsələləri tezliklə həll etmək, ordunun bütün fəaliyyət istiqamətini və nizam-intizamını bərpa etmək lazımdır. Yenidən silahlanma məsələsinin həlli təxminən 3 il çəkə bilər. Biz uzunmüddətli idarəetmə tempinin sürətləndirilməsinə ehtiyac olan vəziyyətdəyik”, - Ohanyan söyləyib.

Sərhəd məsələsinə toxunan sabiq nazir bildirib ki, idarəetmə sistemində olmadıqları üçün bu məsələ ilə bağlı dəqiq məlumatlara malik deyil. Onun sözlərinə görə, seçkilərdə qalib gəldikdən qısa müddət sonra sərhədlərlə bağlı hesablamalar dəqiqləşəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SeyranOhanyan  





Xəbər lenti