ASCO 42 şəhid ailəsi üzvü və müharibə iştirakçısını işlə təmin edib
Məlumata görə, ASCO üzrə postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 42 nəfər işlə təmin olunub. İşə götürülənlərdən 5-i Şəhid ailəsi üzvü, 37-si Vətən müharibəsi iştirakçısıdır.
Bundan başqa, ASCO Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”na da qoşulub. Belə ki, Nazirliyin elektron sisteminə ASCO tərəfindən müxtəlif vəzifələr üzrə vakansiyalar təqdim olunub.
"ASCO Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbəmizin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı üçün tədbirləri bundan sonra da davam etdirəcək", - deyə qurum bəyan edib.
Azvision.az
Teqlər: ASCO