ABŞ kəşfiyyatı: “UFO-lar milli təhlükəsizliyə problem yaradır” - Hesabat

  28 İyun 2021    Oxunub :2186
      ABŞ kəşfiyyatı:    “UFO-lar milli təhlükəsizliyə problem yaradır”    - Hesabat
“ABŞ-ın kəşfiyyat xidmətləri hələ ki, hərbçilərin müşahidə etdikləri Uçan Naməlum Obyektlərin (UNO, ingiliscə UFO – red.) təbiətini və haradan meydana çıxmasını izah edə bilmirlər”. Amerika Milli Kəşfiyyatının hazırladığı hesabatda belə deyilir.
Sənəddə göstərilir ki, 2004-2021-ci illərdə ABŞ səmasında 144 UFO müşahidə olunub. Onlardan 80-ni eyni vaxtda bir neçə fərqli sensor və qurğu tərəfindən qeydə alınıb ki, bu da fiziki obyekt olduqlarını təsdiqləyir.



“Əgər UFO-lar hansısa potensial rəqibin hazırladığı inqilabi texnologiya, yaxud, informasiya toplama vasitəsidirlərsə, onda ABŞ-ın milli təhlükəsizliyi üçün problem sayıla bilərlər”,- deyə hesabatda bildirilir.

Sənədin müəllifləri istisna etmirlər ki, bəzi UFO-lar Çinin, Rusiyanın, yaxud, hər hansı başqa dövlət və ya təşkilatın gizli texnologiyası ola bilər.

Samir Quliyev
Azvision.az

Teqlər: UFO  






Xəbər lenti