Türkiyədə daha 58 nəfər koronavirusdan həyatını itirib

   Türkiyədə daha 58 nəfər koronavirusdan həyatını itirib
  28 İyun 2021    Oxunub:1300
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 58 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, 223 min 525 COVID-19 testi aparılıb ki, bunun da 5 min 327-si müsbət çıxıb.

Koronaviruslu ağır xəstələrin sayı 751 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 634 nəfər ölüb.

Azvision.az




Teqlər: Koronavirus   Türkiyə  





Xəbər lenti