"Washington Post": "Çin ballistik raketlər üçün 100-dən çox şaxta tikir"

      "Washington Post":    "Çin ballistik raketlər üçün 100-dən çox şaxta tikir"
  01 İyul 2021    Oxunub:1083
Çinin Qansu əyalətində qitələrarası ballistik raketlər üçün nəzərdə tutulan 100-dən çox şaxtanın tikintisinə başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb. Mütəxəssislər bunu Pekinin nüvə potensialının əhəmiyyətli dərəcədə genişlənməsinin göstəricisi kimi qiymətləndirirlər. Bu şaxtalarda quraşdırılacağı ehtimal edilən raketlərin sayının da 100-dən çox ola biləcəyi qeyd olunur.

Nəşr Çinin əvvəllər yayındırıcı məqsədlər üçün saxta raketlər yaratdığını xatırladıb.

Qeyd edək ki, ABŞ ilə Çin arasında son zamanlar nüvə raketləri, ümumilikdə ballistik raketlər mövzusunda gərginlik hökm sürür. Aprel ayının əvvəlində ABŞ kəşfiyyatının nəşr olunan bir hesabatında Çinin nüvə arsenalını ikiqat artırma planlarına təsir edəcək silah sövdələşmələrində maraqlı olmadığı yazılmışdı. Məruzə müəllifləri Pekinin yaxın on ildə nüvə arsenalının həcmini ən azı iki qat artırmaq və "nüvə triadası" yerləşdirmək niyyətində olduğunu qeyd edirdilər. ABŞ kəşfiyyatı həmçinin Çinin nüvə raket qüvvələrini daha yaxşı formalaşdırmağa çalışdığını və xüsusilə regional eskalasiya şəraitində raketlərdən istifadə etməyə hazır olduqlarını, nüvələrdən cavab zərbəsi üçün də istifadə edilə biləcəyini qeyd etmişdi.

Bundan başqa aprelin 30-də Çin Xalq Qurtuluş Ordusu donanmasının 71-ci ildönümünü qeyd etmək üçün təqdim olunan “094A Jin” model sualtı qayıq layihəsi də ABŞ-da narahatlığa səbəb olmuşdu. Bu gəmilər uçuş məsafəsi 10 min kilometri aşan və bəzi təxminlərə görə, 12 min kilometrə çatan ən son “JL-3” qatı itələyici qitələrarası raketlər daşıya bilir.


Tural Tağıyev

Azvision.az



Teqlər: Raket   Şaxta   Çin  





Xəbər lenti