7 mindən çox bakalavr ərizəsini təsdiq edib - DİM

7 mindən çox bakalavr ərizəsini təsdiq edib -    DİM
  03 İyul 2021    Oxunub:993
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi iyulun 5-i saat 23:59-dək davam edəcək.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 10:55-ə olan məlumata əsasən, 7 min 403 bakalavr (Azərbaycan bölməsi üzrə 6744, rus bölməsi üzrə 659) öz ərizəsini təsdiq edib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Azvision.az


Teqlər: Magistratura  





Xəbər lenti